|
HƏMYERLILƏRIMIZƏ VƏ AZƏRBAYCAN MÜHACIRLƏRINƏ
HƏSR EDILIR …
Hörmətli cənablar, əziz həmvətənlər!
Talein hökmü ilə və bizdən asılı olmayan digər səbəblər üzündən sizlərdən, həmyerlilərimizdən bəziləri tarixi Vətəndən – Azərbaycandan uzaqlara, qərib ellərə düşmüş, dünyanın, demək olar, bütün reqionlarında məskən salmış və müvəqqəti yaşayırlar. Bəzən Siz qonşu ölkələrdə, həmçinin sizə əziz olan Azərbaycanda yaşayan doğma, yaxın və tanışlarınızla əlaqə saxlaya bilmirsiniz. Məqsədimiz ilk növbədə Azərbaycan Respublikasında yaşayan qohum-əqrabalarınızla, hər hansı əlaqə yaratmaqda sizə köməklik göstərməkdir.
Sizə təklif etmək istədiyimiz xidmət qəlbi riqqətə gətirən, xoş ovqat oyadan xidmətlər sırasına daxildir və biz bu xidmətlərdən birini məmnuniyyətlə Sizə göstərmək istəyirik. Biz "OASIS" Beynalxalq Gül-Dekorativ İncəsənəti Yaradıcılıq Təşkilatını (MMC) təmsil edirik. Əsas işimiz təbii gül buketlərini, kompozisiyalarını istənilən gün və saatda, təbrik məktubu ilə birlikdə, Bakıya, Azərbaycan Respublikasının digər şəhər və rayonlarına, dünyanın bütün ölkələrinə, həmçinin dünyanın bütün ölkələrindən Azərbaycan Respublikasına çatdırmaqdır. Bu fəaliyyəti Bakıda - "OASIS" Gül-Dekorativ İncəsənəti Yaradıcılıq Salonu həyata keçirir. "OASIS" Salonu bundan əlavə, təntənəli mərasimlərin, yaradıcı görüşlərin, sərgilərin, konkursların, simpoziumların, prezentasiyaların və digər mədəni-kütləvi mərasimlərin dizayn və gül-dekorativ tərtibatı ilə, o cümlədən, binaların, mənzillərin, ofislərin, vitrinlərin interyerlərinin floristik tərtibatı, hədiyyələrin dekorativ qablaşdırılması ilə də məşğul olur.
Azərbaycanda fəaliyyət göstərən «OASIS» Salonu «INTERFLORA» Beynəlxalq təşkilatına daxildir və dünyanın 200 ölkəsi ilə əməkdaşlıq edir. Salon sifarişlər əsasında, təbii gül buketləri və kompozisiyalarını istənilən gün və saatda Bakı şəhərində və dünyanın bütün ölkələrində göstərilən ünvanlara təbrik məktubu ilə birlikdə çatdırır.
Bu işdə illər ərzində müəyyən təcrübə toplamışıq. Indi isə həmin xidməti həmvətənlərimizə, habelə dünyanın bütün guşələrində yaşayan başqa vətəndaşlara da təklif etməyi qərara almışıq.
Biz bunun naminə çox səylə və diqqətlə işləyirik – ölkəmizin hüdudlarından uzaqlarda fəaliyyət göstərən Azərbaycan diasporlarının, icmalarının, mədəniyyət mərkəzlərinin siyahılarını tutur, bu birliklərin rəhbərləri ilə əlaqə yaradır,onların diqqətini təklif olunan xidmətə cəlb etmək vasitəsilə onları bir-birinə yaxınlaşdırmağa, bir-birilə doğmalaşdırmağa çalışırıq. Ümidvarıq ki,göstərəcəyimiz birgə səylər yaxşı nəticə verəcəkdir.
Yer kürəsinin hansı məmləkətində yaşamağından asılı olmayaraq, öz doğmalarınızı, tanışlarınızı sevindirmək fürsətini qaçırmayın. Bunun müqabilində mükafatınız isə minlərlə kilometr uzaqlarda yaşayan, ad günü və yaxud şad günündə Sizdən belə gözəl hədiyyə almış insanın çöhrəsinə qonan xoş və fərəhli təbəssüm olacaqdır.
Əziz həmvətənlər,bütün bunlar ancaq Sizin iştirakınızla həyata keçirilə bilər. Ona görə də əziz həmvətənlər, təklifimizə Sizdən cavab gözləyirik. Sizinlə yaxından tanışlıq bizə də çox böyük sevinc bəxş edəcəkdir. Xüsusilə indi, ümumi Vətənimizin paytaxtı Bakıda Dünya
Azərbaycanlıların Birinci və İkinci qurultayı, Dünya
Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci Forumu
keçirildikdən və bu qurultaydan sonra bizim bir-birimizə daha çox yaxınlıq hiss etdiyimiz bir dövrdə.
Vaxtınızı əsirgəməyin, diasporlarınız, onların rəhbərləri haqqında bizə məlumat verin və bu, Sizinlə – Vətəndən uzaqlarda yaşayan, amma onu bizim kimi sevən insanlarla əlaqələrinizin daha da inkişaf etməsinə və möhkəmlənməsinə xidmət edəcəkdir.Biz həmyerlilərimizlə, Azərbaycandan olan mühacirlərlə mədəni əlaqələri bundan sonra da genişləndirəcəyik.
Sizə əvvəlcədən təşəkkür edir, cansağlığı, səadət və uğurlar arzulayırıq.
Biz təklif etdiyimiz xidməti yerinə yetirməyə elə bu gün başlaya bilərik.
Bununla yanaşı, Azərbaycan diasporlarının, mədəni mərkəzlərinin nəzdində «OASIS»in Nümayəndəliklərinin yaradılmasını təklif edirik. Bu da həmvətəelərimizin mədəni və qeyri əlaqələrinin yaradılmasına, diasporların maddi imkanlarının artmasına köməklik göstərər.
Sizin təkliflərinizi gözləyirik.
|